Venesuelada baş verən yanğın zamanı azı 10 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Suliya ştatında, evdə baş verib. Ölənlər arasında üç uşaq və bir hamilə qadın da var.
Yanğın zamanı daha iki nəfər xəsarət alıb (report.az). Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə xilasedicilər cəlb edilib, yanğının səbəbləri araşdırılır.















