Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Entoni Blinkenlə telefonla danışıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.
Məlumata görə, söhbət zamanı Mövlud Çavuşoğlu amerikalı həmkarına Rusiyanın Ukraynaya qoşun yeritməsinin beynəlxalq hüquqa zidd olduğunu, Türkiyənin Ukraynanın işğalını qəbuledilməz hesab etdiyini bildirib.
O, həmçinin Türkiyənin Ukraynanın siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
















