• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya-Türkiyə AES-in tikintisini bu tarixdə bitirəcək

DÜNYA

27 Mart 2022 | 00:56 | Müəllif: Subhan Mahmudov

Rusiya-Türkiyə AES-in tikintisini bu tarixdə bitirəcək

Rusiyanın "Rosatom" dövlət korporasiyası tərəfindən tikilən Türkiyənin ilk Atom Elektrik Stansiyası (AES) Akkuyu planlaşdırıldığı kimi istifadəyə veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Akkuyu" Nüvə ASC-nin baş direktorunun müavini Sergey Butskix deyib.

O bildirib ki, hazırda birinci enerji blokunun turbin zalının tikintisi və ikinci enerji blokunda nüvə reaktoru gəmisinin quraşdırılmasına hazırlıq işləri aparılır:

"Bundan əlavə, üçüncü enerji blokunun bünövrəsi qoyulub və dördüncü enerji blokunda çuxurun qazılması işləri aparılıb. Onlar artıq təməli betonla tökməyə hazırlaşırlar. Biz, şübhəsiz ki, qrafik üzrə qarşıya qoyulmuş vəzifələri yerinə yetirəcəyik və elektrik stansiyasını işə salacağıq".

Qeyd olunur ki, “Akkuyu” layihəsi bir ildən sonra istifadəyə verilməyə hazırlanır.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026