• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya ordusu Xerson Şəhər Şurasını ələ keçirdi

DÜNYA

25 Aprel 2022 | 23:11 | Müəllif: Subhan Mahmudov

Rusiya ordusu Xerson Şəhər Şurasını ələ keçirdi

Rusiya ordusu Xerson Şəhər Şurasını ələ keçirib.

Bakıvaxtı.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə şəhər şurası məlumat verib.
Rusiya hərbçiləri oradan Ukrayna bayrağını götürüb, mühafizəçilərdən binanın açarlarını alıblar.

Bələdiyyə sədrinə və bələdiyyə məclisinin əməkdaşlarına binaları tərk etmək əmri verilib.

Sabahdan etibarən Xerson Şəhər Şurası işləməyəcək.

“Saat 16:30-da Rusiya Federasiyasının hərbçiləri binaya daxil olub, bütün əməkdaşlara çıxıb getmələrini bildiriblər. Binadan Ukrayna bayrağını götürüblər. İnsanlara heç bir izahat verilməyib. Binadan sonuncu olaraq mer İqor Kolıxayev çıxıb”, - deyə şəhər şurasının əməkdaşı bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026