İraqın paytaxtı Bağdadda amerikalı hərbçilərin yerləşdiyi Taci hərbi bazası raket atəşinə tutulub.
Bakıvaxtı.az xəbər verir ki, bazanın yerləşdiyi əraziyə mərmi düşüb. Hücumun Bağdadın Rəşidiyə rayonundan həyata keçirildiyi bildirilir.
Hücum nəticəsində ölənlərin və ya xəsarət alanların olub-olmaması hələ məlum deyil.
















