• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Putin Ukraynada savaşanlara vəd verdi

DÜNYA

25 May 2022 | 23:17 | Müəllif: Subhan Mahmudov

Putin Ukraynada savaşanlara vəd verdi

Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi əməliyyatda iştirak edən hərbçilərə dövlət mükafatlarının veriləcəyini vəd edib.

Bakıvaxtı.az xəbər verir ki, Müdafiə Nazirliyinin hospitalında yaralı əsgərlərə baş çəkdiyini söyləyən Putin onlara və ailələrinə dəstək verməyi tapşırıb.

“Mən indicə müalicəsi davam edən hərbçilərimizlə görüşmüşəm. Söhbət etdiklərimin əksəriyyənin heç bir dövlət mükafatı yoxdur. Əlbəttə, alacaqlar”, - Putin vurğulayıb.

Putin həmçinin bildirib ki, hansı dövlət mükafatlarına sahib olmasından asılı olmayaraq, bunlar Rusiya naminə Donbas “xalqı” və uşaqları üçün sağlamlıqlarını və həyatlarını riskə atan insanlardır:

“Onların hamısı qəhrəmandır. Tam olaraq. Hər kəs öz həyatını ölümcül təhlükəyə qoyur. Bunun üçün şüurlu şəkildə gedir. Və onlara tam olaraq qəhrəman kimi yanaşmaq lazımdır”.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026