• Bakı 25° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İspaniya rusiyalı oliqarxların mülklərinə HƏBS QOYDU

DÜNYA

25 Aprel 2022 | 23:47 | Müəllif: Subhan Mahmudov

İspaniya rusiyalı oliqarxların mülklərinə HƏBS QOYDU

İspaniyada Ukrayna-Rusiya müharibəsi başlayandan rus oliqarxlara qarşı tətbiq edilən sanksiyalar çərçivəsində 3 yaxta, 23 mülk və 12 bank hesabına müvəqqəti həbs qoyulduğu açıqlanıb.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, İspaniya hökumətində baş nazirliyin direktoru Oskar Lopez  parlamentə təqdim etdiyi Milli Təhlükəsizlik Strategiyasında rus oliqarxlara tətbiq edilən sanksiyalarla bağlı məlumatı açıqlayıb.
 

Lopez Ukrayna-Rusiya müharibəsi başlayandan bu günə kimi sanksiyaya məruz qalacaq Rusiya oliqarxları siyahısında olan 5 nəfərin bankdakı 12 investisiya və şəxsi hesabı, 3 lüks yaxtası və 23 mülkünün müvəqqəti müsadirə edildiyi barədə məlumat paylaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026