Ukrayna əsgərləri Çerniqov yaxınlığındakı Vişnevoe kəndi yaxınlığında düşmənin döyüş sursatı və texnikası ilə dolu olan anbarı dəqiq atəşlə vurublar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumt yayıb.
Həmçinin Ukrayna dövlət yayımçılarının siqnalını pozan Rusiyanın elektron müharibə texnikası məhv edilib. Nəticədə, Ukrayna radiosunun yayımı artıq bərpa olunub.
Xatırladaq ki, bir gün əvvəl, martın 25-də Çerniqov vilayətində Ukrayna hərbçiləri rusların daha bir kolonnasını darmadağın edib.















