Dünyada koronavirusa yoluxanların sayı 350 milyon nəfəri keçib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 2 158 785 nəfər koronavirusa yoluxub. Bununla da yoluxanların ümumi sayı 352 796 704 nəfərə çatıb.
Ötən 24 saatda COVID-19-dan 6 189 nəfərə isə dünyasını dəyişib. Dünya üzrə koronavirus qurbanların sayı 5 600 434 nəfərə çatıb.
















