• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İsrail lideri tarixi səfərindən danışdı

DÜNYA

26 Yanvar 2022 | 00:50 | Müəllif: Subhan Mahmudov

İsrail lideri tarixi səfərindən danışdı

Yeni tərəfdaşlıq Yaxın Şərqi dəyişəcək və bütün regiona ilham verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinə səfəri öncəsi İsrail Prezidenti İshaq Hersoq deyib.

"Birləşmiş Ərəb Əmirliklərinə ilk dəfə prezident qismində səfərimizi etməklə tarix yazmaqdan şərəf duyuruq. Bu mühüm səfər İsrail və BƏƏ xalqlarının yeni ortaq gələcəyin təməllərinin atıldığı bir vaxta təsadüf edəcək", - İsrail prezidenti deyib.

Məlumata görə, səfər çərçivəsində İsrail lideri vəliəhd ilə danışıqlar aparacaq, orada yaşayan yəhudi icmasının nümayəndələri ilə görüşəcək və "Expo 2020 Dubai" sərgisində İsrailin Milli Gününün açılışını edəcək.

Qeyd edək ki, yanvarın 30-31-də İsrail Prezidenti İshaq Hersoq xanımı ilə birlikdə tarixdə ilk dəfə BƏƏ-yə rəsmi səfər edəcək. Səfər BƏƏ vəliəhdi, Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın dəvəti ilə baş tutacaq.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR