Ermənistanın eks-prezidenti Robert Köçəryanın məhkəməsi təxirə salınıb.
Bakıvaxtı.az xəbər verir ki, buna səbəb Ermənistanın ikinci prezidenti Robert Köçəryan və “Hayastan” fraksiyasının deputatı Armen Qorqyanın prosesdə iştirak etməməsi olub.
Məlumata görə, R.Köçəryanın vəkili Hayk Alumyan sabiq prezidentin ailə üzvlərində koronavirus infeksiyası aşkarlandığını bildirib. Bununla da Köçəryan özünütəcrid rejiminə keçib.
Onun testinin nəticələri fevralın 1-də bilənəcək.
















