Udmurtiyada (Rusiya -red.) helikopter qəzaya düşüb.
Bakıvaxtı.az “TASS”a istinadən xəbər verir ki, insident Bakı vaxtı ilə 15:00-da Yakşur-Bodinski adlı bölgədə baş verib.
Helikopter neft kəmərinə baxış keçirirmiş. İlkin məlumata görə, nəqliyyat vasitəsi Kazandan havaya qalxıb. Hazırda qəzanın detalları araşdırılır. Xilasedicilər hadisə yerinə yollanıb.















