• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lavrov Qərb ölkələrini sərt tənqid etdi

DÜNYA

26 Yanvar 2022 | 14:22

Lavrov Qərb ölkələrini sərt tənqid etdi

“ABŞ və Qərb özləri üçün təktərəfli üstünlük təmin etmək istəyir”.

Bakıvaxtı.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Sergey Lavrov Dövlət Dumasında “hökumət saatı” çərçivəsində etdiyi çıxışda söyləyib.

“ABŞ və Qərb ölkələri digər ölkələrin maraqları ilə hesablaşmadan özləri üçün təktərəfli üstünlük təmin etməyə çalışırlar”.

Lavrov Qərb ölkələrinin Ukraynanı Rusiyaya qarşı aqressiv addımlar atmağa həvəsləndirdiyini də əlavə edib.

“Rusiya təhlükəsizlik təminatları ilə bağlı verdiyi təkliflərin fasiləsiz diskussiyalarda qalmasına imkan verməyəcək”.

Rusiya XİN rəhbəri Rusiyanın maraqlarının istənilən vəziyyətdə qorunacağını əlavə edib.

Lavrov ABŞ-ın Rusiyanın verdiyi təkliflərə cavabından sonra digər qurumlarla birlikdə təhlükəsizlik təminatı ilə bağlı atılacaq addımlar üçün Prezident Putinə müraciət edəcəklərini söyləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026