• Bakı 7° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Anonymous” Rusiyaya kibermüharibə elan edib

DÜNYA

25 Fevral 2022 | 13:18 | Müəllif: Subhan Mahmudov

“Anonymous” Rusiyaya kibermüharibə elan edib

“Anonymous” hakerlər qrupu Rusiyaya kibermüharibə elan edib və Rusiyanın RT telekanalının saytına haker hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Bakıvaxtı.az xəbər verir ki, “Anonymous” kollektivi Rusiyaya rəsmən müharibə elanedir”, - deyə qrupun “Twitter”dəki bəyanatında deyilir. Hakerlər öz paylaşımlarına #Ukraine heşteqi əlavə ediblər.

Qeyd edək ki, RT dünəndən etibarən haker hücumlarına məruz qaldığını və ünvanların təxminən 27 %-nin ABŞ-da yaradıldığını bildirmişdi.

Bundan başqa 24 fevral axşam Kremlin, Rusiya hökumətinin, Dövlət Dumasının və Federasiya Şurasının internet saytları da çətinliklə işləyib. Prezidentin sözçüsü Dmitri Peskov administrasiyanın resurslarının hücuma məruz qalmadığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026