• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ukrayna ordusu yaşayış məntəqəsini azad etdi

DÜNYA

27 Mart 2022 | 09:00

Ukrayna ordusu yaşayış məntəqəsini azad etdi

Ukrayna Silahlı Qüvvələri dünən Zaporojye vilayətinin Poltovka kəndini Rusiya qoşunlarından geri alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Aleksandr Motzuyanik bildirib.

O, vurğulayıb ki, paytaxt Kiyevin yaxınlığında yerləşən İrpin şəhərində şiddətli döyüşlər davam edir.

İrpinin meri Aleksandr Markuşin xəbəri təsdiqləyib. “Düşmən qoşunları İrpinə üç istiqamətdən hücuma keçməyə çalışsa da, əsgərlərimiz bu hücumları dəf edib”, - mer deyib.

Eyni zamanda Zaporojye vilayətinin ərazi müdafiə qüvvələri daha əvvəl Malinovkanı da Rusiya hərbçilərindəm azad edib. Məlumata görə, qarşı tərəf onlarla hərbçi itirib.

Zaporojye Regional Hərbi Administrasiyası məlumatı təsdiqləyib, bildirilir ki, kənd tamamilə azad olunub.

Qeyd edilir ki, hücum əməliyyatı nəticəsində ukraynalı müdafiəçilərlə döyüşdə Rusiyanın 80-dək hərbçisi həlak olub, bir neçə zirehli texnikası sıradan çıxarılıb, həmçinin motoatıcı bölmənin sənədlərini və silahlarını ələ keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026