• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Almatıda antiterror əməliyyatı: Beş silahlı şəxs...

DÜNYA

26 Yanvar 2022 | 12:30 | Müəllif: Subhan Mahmudov

Almatıda antiterror əməliyyatı: Beş silahlı şəxs...

Qazaxıstanın Almatı şəhərinin Türksib rayonunda inzibati binalara hücum cəhdi ilə bağlı antiterror əməliyyatı rejimi tətbiq edilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, beş nəfər saxlanılıb. Onlardan müxtəlif markalı odlu silah və döyüş sursatları götürülüb. Şübhəlilər dövlət qurumlarına məxsus binalara hücum etməyi planlaşdırıblar.

Hüquq-mühafizə orqanları sakinlərdən müvəqqəti tədbirlərə anlayışla yanaşmağı, həmçinin dəyişiklikləri və yol hərəkəti qaydalarını nəzərə alaraq əvvəlcədən hərəkət marşrutunu dəyişməyi xahiş ediblər.

Xatırladaq ki, yanvarın 2-də Qazaxıstanda kütləvi etiraz aksiyaları başlamışdı. Bu, hökumətin qazın qiymətini qaldırmaq qərarından sonra baş vermişdi. Etirazlar sürətlə iğtişaşlara və polislə toqquşmaya çevrilmişdi.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR