İranda ötən sutka ərzində 29 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunub ki, bununla da ölkədə bu virusdan ölənlərin sayı 132 303 nəfərə yüksəlib.
Ölkədə son 24 saat ərzində 11851 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 279 410 nəfərə çatıb.
















