"2022-ci ildə COVID-19 pandemiyasına son qoyula bilər".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.
Onun sözlərinə görə, bəşəriyyət virusla mübarizə aparmaq üçün birlikdə hərəkət etməlidir.
ÜST-ün baş direktoru deyib ki, bütün ölkələrin birlikdə çalışaraq gələni ilin ortalarına qədər dünya əhalisinin 70%-ini peyvənd etmək kimi qlobal məqədə çatması vacibdir.
"Hökumətlərin heç bir qınaqdan qorxmadan virusun variantlarının yoxlanılması və hesabatı daxil olmaqla, məqsədyönlü sağlamlıq və sosial rifah tədbirlərini həyata keçirməyə davam etməsi zəruridir”, - deyə Tedros Adanom Qebreyesus bildirib.
















