• Bakı 16° C

    1.3 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Dünyada nüvə arsenalı 13 minə qədər döyüş başlığı təşkil edib

DÜNYA

01 Avqust 2022 | 15:53

Dünyada nüvə arsenalı 13 minə qədər döyüş başlığı təşkil edib

2022-ci ilin əvvəlinə 9 ölkənin nüvə arsenalında 12 700-dən çox döyüş başlığı var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika Alimləri Federasiyasının yeni araşdırmasında deyilir.

“Soyuq müharibədən bəri nüvə arsenallarının azaldılması sahəsində irəliləyişlərə baxmayaraq, nüvə başlıqlarının dünya miqyasında ehtiyatı çox yüksək səviyyədə qalır. 2022-ci ilin əvvəlinə 9 ölkədə 12 700-dən çox döyüş başlığı var”, - hesabatda qeyd olunur.

Bütün nüvə başlıqlarının, təxminən, 90%-i Rusiya və ABŞ-a məxsusdur.

Hazırda Rusiyada - 5977, ABŞ-da - 5428, Çində - 350, Fransada - 290, Böyük Britaniyada - 225, Pakistanda - 165, Hindistanda - 160, İsraildə - 90, Şimali Koreyada – 20 döyüş başlığı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026