• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sentyabrda BMT Baş Assambleyasının 77-ci sessiyası işinə başlayacaq

DÜNYA

31 Avqust 2022 | 09:34

Sentyabrda BMT Baş Assambleyasının 77-ci sessiyası işinə başlayacaq

BMT Baş Assambleyasının 77-ci sessiyası sentyabrın 12-də Nyu-York şəhərində öz işinə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, həmin gün Baş Assambleyanın hazırkı rəhbəri Abdulla Şahid 76-cı sessiyaya yekun vuracaq.

BMT Baş Assambleyasının 77-ci sessiyasına isə macarıstanlı diplomat Çaba Quereşi sədrlik edəcək.

Dövlət başçılarının iştirak etdiyi yüksək səviyyəli həftəyə ənənəvi olaraq sentyabrın 20-də start veriləcək.

Məlumata görə, sentyabrın 16-17-də təhsilin transformasiyası sammiti keçiriləcək.

Sammit çərçivəsində Gənclər Bəyannaməsinin və BMT baş katibinin təhsildə islahatların perspektivləri ilə bağlı bəyanatının qəbul edilməsi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026