• Bakı 27° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Quterreş Rusiyanın "referendum"larından danışdı

DÜNYA

30 Sentyabr 2022 | 00:11

Quterreş Rusiyanın referendumlarından danışdı

Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi qanunsuzdur və heç bir hüquqi qüvvəyə malik deyil.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş jurnalistlərə bildirib.

O vurğulayıb ki, "referendum"lar xalqın iradəsinin həqiqi ifadəsi sayıla bilməz, çünki onlar Ukraynanın qanunvericilik çərçivəsindən kənarda və Rusiyanın nəzarəti altında olan ərazidə keçirilib.

Quterreş qeyd edib ki, dövlət ərazisinin istənilən ilhaqı BMT Nizamnaməsi və beynəlxalq hüququn pozulmasıdır.


SON XƏBƏRLƏR

15 Iyul 2025