• Bakı 23° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Efirə çıxan ekspertlərin əksəriyyəti… - Teletənqidçidən İRAD

CƏMİYYƏT

24 Fevral 2022 | 16:33

Efirə çıxan ekspertlərin əksəriyyəti… - Teletənqidçidən İRAD

Bəzən hansısa verilişdə ekspertlər arasında mübahisələr düşür. Bu, daha çox məişət mövzuları müzkirə olunan proqramlarda baş verir. Buna da əsasən proqrama mövzudan xəbəri olmayan ekspertlərin dəvət edilməsi səbəb olur.

Teletənqidçi Qulu Məhərrəmli Bakıvaxtı.az-a bildirib ki, istənilən verilişə o sahənin bilicisini çağırmaq, ekspertlərdən istifadə etmək normaldır:

“Bu, hər hansı bir verilişin elementidir. Əslində, bu, verilişə bir mötəbərlik gətirir, sahəni bilən adam müzakirə olunan məsələyə fərqli tərəfdən yanaşır. Amma, təəssüf ki, bəzən heç də həmişə mütəxəssislər sırasından ən nüfuzlu, mötəbər adamlar seçilmir”. Q.Məhərrəmlinin sözlərinə görə, bəzən elə adamlar dəvət olunur ki, elə onun öz biliyi də məişət səviyyəsindədir: “Hiss olunur ki, sahənin ciddi problemlərini, dərinliklərini, verilən hər hansı təhlili bilmir. Yanaşması bəsit olur, adi tamaşaçı fikrindən fərqlənmir”. Tənqidçi hesab edir ki, bu səbəbdən, verilişlərdə ekspetlərin nüfuzlu insanlar olması daha yaxşıdır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026