• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Məşhur tikinti şirkəti yaşıllığı məhv edib - FOTOLAR

CƏMİYYƏT

26 Mart 2022 | 12:42

Məşhur tikinti şirkəti yaşıllığı məhv edib - FOTOLAR

"SASGROUP” şirkəti inşa etdiyi yaşayış kompleksinin ərazisində yerləşən ağacları məhv edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Məlumata görə, hadisə şirkət tərəfindən inşa edilən “EkoPark – Xırdalan” yaşayış kompleksinin ərazisində qeydə alınıb. Həmin ərazinin yaşıllıqdan öncə və sonrakı vəziyyətini əks etdirən fotoşəkil yayımlanıb. 

İnşası 2018-ci ildə start götürmüş bu yaşayış kompleksi Xırdalan şəhəri 31-ci məhəllə, Mehdi Hüseynzadə küçəsi 313 ünvanında yerləşir. 17 mərtəbəli, hər biri 1 girişdən ibarət 5 ədəd binaların tikintisi davam etdirilir. 

Məsələ ilə bağlı “SASGROUP” şirkətə martın 21-də informasiya sorğusu göndərilsə də, cavab verilməyib. 

Qeyd edək ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ağacların kəsilməsi faktını təsdiq edib.

Ramid İbrahimov


Məşhur tikinti şirkəti yaşıllığı məhv edib - FOTOLARMəşhur tikinti şirkəti yaşıllığı məhv edib - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026