Türk Hava Yollarının icra etdiyi təxliyyə uçuşu zamanı Əfqanıstandan olan qadının uşağı dünyaya gəlib.
Bakıvaxtı.az xəbər verir ki, təyyarədə həkim olmadığı üçün doğuşa heyət üzvləri yardım etməli olublar. Ana və körpəsinin vəziyyətinin yaxşı olduğu bildirilir. Uşağa Həvva adı qoyulub.
















