• Bakı 19° C

    0.74 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Ata Abdullayevin məhkəməsi başlayır - İbtidai istintnaq başa çatdı

GÜNDƏM

27 Sentyabr 2021 | 18:54 | Müəllif: Subhan Mahmudov

Ata Abdullayevin məhkəməsi başlayır - İbtidai istintnaq başa çatdı

Həbsdə olan bloqer Ata Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.

Cinayət işi üzrə 4 nəfər zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.

O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib. Barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026