• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Oğlu şəhid olandan sonra tək qalan ana: “Oğlumun arzusu bu idi ki…”

GÜNDƏM

26 Oktyabr 2021 | 16:28

Oğlu şəhid olandan sonra tək qalan ana: “Oğlumun arzusu bu idi ki…”

“Rəşad şəhid olmamışdan dörd il öncə tikintisinə başladığı evi yarımçıq qalıb”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Ordusunun baş leytenantı, Tovuz döyüşləri zamanı düşmənə qarşı döyüşdə qəhrəmancasına şəhid olan Rəşad Mahmudovun anası Sevda Mahmudova bildirib.

Şəhid anası deyib ki, oğlunun tikdirdiyi ev tam hazır olmadığı üçün o hazırda qardaşlarıgildə qalır.

“Oğlumun 16 yaşından vətənə xidmət edib. 28 yaşında şəhid olub. Onun bir arzusu vardır ki, tikməyə başladığı evi tamamlasın. Hazırda həmin ev yarımçıq qalıq”, - deyə Sevda ana bildirib.

O bildirib ki, nə yerli icra hakimiyyəti, nə də digər dövlət qurumları onunla maraqlanmır.

Rəşad Mahmudov 13 iyul 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026