• Bakı 19° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

AQTA 3 televizor… almaq üçün 26 min manat ÖDƏYƏCƏK   

GÜNDƏM

25 Noyabr 2021 | 12:50

AQTA 3 televizor… almaq üçün 26 min manat ÖDƏYƏCƏK

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tenderin qalibini elan edib.

Bakıvaxtı.az xəbər verir ki, AQTA tərəfindən “Növbəlilik sisteminin yaradılması məqsədilə maşın və avadanlıqlar”ın satın alınması üzrə açıq tender üsulu ilə keçirilmiş müsabiqədə Tender komissiyasının qərarına əsasən, “Life Elektroniks” MMC qalib elan olunub.

Qalib gəlmiş təşkilat ilə 26 981.88 AZN məbləğində müvafiq alqı-satqı müqaviləsi imzalanıb.

Müsabiqəyə əsasən aşağıdakı mallar satın alınacaq: 3 ədəd televizor, 1 ədəd rabitə qutusu, 4 ədəd turniketi uzaqdan simsiz idarəetmə düyməsi və radio modul, 1 ədə simsiz LAN və “Bluetooth” bağlantı imkanı ilə tək platalı kompüter gözləmə zonası ekranı, 1 ədəd monoblok, 1 ədəd bilet dispenseri, 7 ədəd   Müştəri nömrəsini göstərmək üçün düz, 1 ədəd distribyutor, 1 ədəd sistemin enerji təchizatı bloku, 1 ədəd şəbəkə paylayıcı.

Maşın və avadanlıqlar çatdırılma müddəti 20 dekabr 2021-ci il tarixi müəyyən edilib.

Ramid İbrahimov  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026