• Bakı 17° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

Komando briqadasının yaradılması bizim üçün yenilikdir - AÇIQLAMA 

Gündəm

25 Dekabr 2021 | 10:46

Komando briqadasının yaradılması bizim üçün yenilikdir - AÇIQLAMA 

"Dekabrın 24-də ölkə başçısı İlham Əliyev işğaldan azad edilmiş Hadrut qəsəbəsi və Şuşa şəhərinə səfər etdi. Bu səfər çərçivəsində diqqəti çəkən bir sıra nüanslar olsa da, fikrimcə ən vacib nüanslardan biri də ölkə başçısı və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xocavənd rayonu, Hadrut qəsəbəsində Komando hərbi birliyinin açılışını etməsi, yeni yaradılmış Komando birliyinin hərbi andını qəbul etdikdən sonra orada söylədiyi nitqdir".

Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev həmin tədbirdə çıxış edərkən bildirdi ki, " müharibədən sonra yeni müasir silah-sursatlar alınır, eyni zamanda yeni silahlı birləşmələr yaradılır. Bugün Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri; - Komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir". 

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Samir Hümbətov bildirib. 

O qeyd edib ki, yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər və bu bizim ordu gücümüzü böyük dərəcədə artıracaq: 

"Bir də demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbiçimiz bu briqadalarda xidmət edəcək və beləliklər Azərbaycan ordusu bundan sonra da öz peşəkarlığını və öz yüksək mənəvi ruhunu qoruyacaq".

Ölkə başçısının bu çıxışına və yeni yaradılan hərbi hissəyə diqqət etdikdə bir neçə məsələni daha yaxşı anlamaq mümkündür.

1. Ölkə başçısı qeyd etdi ki, belə briqadaların sayı bir yox, iki yox, daha çox olacaq. Bu isə o deməkdir ki, Azərbaycan həm yeni və müasir silahlar almaqla yanaşı həm də ordunun peşəkarlığını artırmaqla dünyanın inkişaf etmiş ordularının ön səralarına qərarlaşmasına çalışır.

2. Digər tərəfdən isə yeni yaradılan hərbi hissənin yerləşdiyi məkan bir sıra cəhətləri baxımından çox vacib əhəmiyyətə malikdir. Burada həm dağlıq və meşəlik regionda yerləşməsi, həm təbii coğrafi şərait, həm ermənilərin Hadruta iddialarının hələ də davam etməsi, həm də rus "sülhməramlıları" və erməni terrorçu dəstələrinin tör-töküntülərindən qısa məsafədə yerləşməsi.

3. Bu komandoların qardaş Türkiyə hərbi sisteminə uyğun olaraq təşkil edilməsi". 

S. Hümbətov qeyd edib ki, görünən odur ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin əsas hədəfi yeni peşəkar ordu birliklərini yaratmaqla Azərbaycan ordusunu qardaş Türkiyə Silahlı Qüvvələrinin kiçik modelinə çevirmək istəyir: 

"Bu isə Azərbaycan üçün olduqca önəmli məsələ hesab edilir. Ona görə ki, Azərbaycanın xrici təhlükəsizliyinin əsas təminatçısı peşəkar ordumuzun olmasıdır ki, bunun üçün də kifayət qədər çalışmalar davam edir.

Burada diqqəti çəkən bir məsələ də ondan ibarətdir ki, yeni yaradılan komando briqadasının məhz Hadrutda yaradılmasının xüsusi mesajları var. Bu mesajların birincisi Ermənistana verildi. Yəni gözünüzü Hadrutdan və Qarabağdan çəkin. İkincisi burada maraqlı olan güclərə verildi. Yəni, Azərbaycan torpaq məsələsində heçkimə güzəştə getmir. İstənilən an öz ərazilərimizi istənilən gücdən qorumağa qadirik.

Hesab edirəm ki, bundan sonra nə ermənilər, nə də ona açıq və gizli şəkildə dəstək verən qüvvələr Azərbaycana qarşı təcavüzkarlıq niyyəti ilə yanaşa bilməyəcəklər".

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

08 May 2024