• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Unu və çörəyi bahalaşdıran şirkətlərin dövlətə vergi borcu var - ARAŞDIRMA 

GÜNDƏM

21 Yanvar 2022 | 16:59

Unu və çörəyi bahalaşdıran şirkətlərin dövlətə vergi borcu var - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, bu ilin yanvarın 5-də adlarını gizli saxlayan Azərbaycanın iri un və çörək istehsalçıları müraciət etmişdilər.

Müraciətdə qeyd olunub ki, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur.

Bu şirkətlər qiymətin artmasını dünyada taxılın qiymətinin bahalaşması ilə bağlamışdılar. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin açıqladığı  məlumatda Azərbaycana un idxal edən şirkətlərin adlarını görmək mümkündür.

Bakıvaxtı.az-ın apardığı araşdırma zamanı unun və çörəyin qiymətini qaldıran şirkətlərin və fiziki şəxslərin dövlət büdcəsinə vergi borcu olduğu məlum olub.

Siyahıda adları qeyd olunan, ölkəyə taxıl gətirən iri un və çörək istehsalçıları olan “Karat Holdinq” MMC-nin 185946.13 manat, “Anadoluqida” MMC-nin 20266.46 manat, “NEON” Firmasının 6668.37 manat, “SÜNBÜL-2012” MMC-nin 2534.38 manat və fiziki şəxs Cəfərli Tural Yelmar oğlunun 33.03 manat dövlət büdcəsinə borcu var.

Ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri arasında “TAXIL MƏSULLARI" MMC-nin 462862.95 manat, “QAX-TAXIL" ASC-nin 115296.05 manat, "YEVLAX-TAXILÇI" ASC-nin 65100.21 manat, "KÜRDƏMİR-TAXIL" ASC-nin 37343.07 manat, "İSMAYILLI-TAXIL" ASC-nin 6848.42 manat, "XAÇMAZ-TAXIL" ASC-nin 6398.28 manat, “LƏNKƏRAN-TAXIL” ASC-nin 4383.20 manat, "TOVUZ-TAXIL" MMC-nin 4584.62 manat, "BEYLƏQAN-TAXIL" ASC-nin 4322.75 manat, “NEFTÇALA-TAXIL” ASC-ni 3673.62 manat, "FÜZULİ-TAXIL" ASC-nin 3668 manat, "ŞAMAXI-TAXIL" ASC-nin 2975.99 manat, "SULDUZ" taxıl şirkətinin 655.19 manat, "UCAR TAXIL" ASC-nin 584.66 manat, “AZƏRİ TAXIL" MMC-nin 582.98 manat, “SABİRABAD-TAXIL” ASC-nin 525.03 manat, "SALYAN-TAXIL" ASC-nin 156.23 manat dövlətə vergi borcu var.

Qeyd edək ki, dövlətə vergi borcu olan şirkətlərdən biri məhkəməyə verilib. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi dövlətə 57 min 508.84 manat vergi borcu olan “Gəncə-Dəyirman” Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verib.

Məhkəmə işinə Gəncə Kommersiya Məhkəməsində hakim Kənan Vəliyevin sədirliyi ilə baxılacaq.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026