• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Benzin və dizel bahalaşacaq? - RƏSMİ AÇIQLAMA 

GÜNDƏM

17 Fevral 2022 | 15:33

Benzin və dizel bahalaşacaq? - RƏSMİ AÇIQLAMA

Dünya bazarında neftin bahalaşmasından sonra qonşu ölkələrdə və Avropada avtomobil yanacağının qiyməti bahalaşıb.

Bu isə Azərbaycanda istehsal olunan (Aİ-92 və dizel) və idxal olunan (Aİ-95 və Aİ-98) yanacağın qiymətini gündəmə gətirib.

Məsələ ilə bağlı SOCAR-ın vitse-prezidentinin müavini İbrahim Əhmədov Bakıvaxtı.az-a bildirib ki, yanacaq qiymətlərinin artırılması hazırda SOCAR tərəfindən müzakirə olunmur.

“SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Bakıvaxtı.az-a bildirib ki, şirkətə bu məsələ ilə bağlı heç bir fəaliyyət planı daxil olmayıb: “Bununla bağlı bir göstəriş almamışıq. Biz "SOCAR Petroleum" olaraq ölkə ərazisində neft və neft məhsullarının topdan və pərakəndə satışını həyata keçiririk. Qiymət məsələsinin  tənzimlənməsi bizə aid deyil”.

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026