• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Novruz bayramı gəlir, amma əhali rayonlara gedə bilmir" - Ekspertdən ADY-ə ETİRAZ 

GÜNDƏM

17 Mart 2022 | 17:42

"Novruz bayramı gəlir, amma əhali rayonlara gedə bilmir" - Ekspertdən ADY-ə ETİRAZ

"Azərbaycan Dəmir Yolları" QSC tam gücü ilə fəaliyyət göstərmir".

Bakıvaxtı.az xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz bildirib.

Ekspert bildirib bu günlərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində "Azərbaycan Dəmir Yolları"na (ADY) qarşı antiinhisar qanunvericiliyin pozulması ilə bağlı iş qaldırılıb.

"ADY ölkədaxili sərnişin daşımasının 2 ildir tam dayandırıb. Amma bununla bağlı ağlabatan bir açıqlama da verməyib. Sadəcə hansısa təkmilləşdirmə işlərinin aparıldığını açıqlayıb.

O da maraqlıdır ki, ötən bir neçə ildə ADY bir neçə beynəlxalq layihəni, daha böyük layihələri uğurla başa çatdıra da bilib. Amma lokalda ilişib qalıb", - deyə ekspert bildirib.

Ekspert vurğulayıb ki, qarşıdan Novruz bayramı gəlir və xeyli sayda insanlar qatarlarla gediş-gəlişə üstünlük verir: "Daxili dəmir yol xətlərində servis və orta sürət xeyli zəif olsa da digər nəqliyyat növlərinə nisbətən daha sərfəli və effektiv idi.

Amma onu da ADY əlimizdən alıb".

Ekspertin açıqlaması ilə bağlı ADY münasibət bildirməyib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026