• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bulvarda qanun pozuntusu - FOTO 

GÜNDƏM

13 Aprel 2022 | 14:05

Bulvarda qanun pozuntusu - FOTO

Dənizkənarı Bulvar İdarəsi reklam qanunvericiliyinin tələblərini pozub.

Bakıvaxtı.az xəbər verir ki, Dənizkənarı Milli Parkda reklam lövhəsi piyadaların hərəkət etdiyi ərazidə quraşdırlıb.

Qeyd edək ki, “Reklam haqqında” qanun 26.5-ci maddəsinə açıq məkanda yerləşdirilən reklam yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında reklamın yerləşdirilməsi qadağandır.

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, Dənizkənarı Milli Parka onlar nəzarət etmir.

Dünən məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinə göndərilən informasiya sorğusu göndərilib.

Ramid İbrahimov 


Bulvarda qanun pozuntusu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026