• Bakı 21° C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Rusiyaya qarşı Qafqaz cəbhəsi açıla bilər: “Moskva Azərbaycanla hesablaşmalıdır”   

Gündəm

13 May 2022 | 11:22

Rusiyaya qarşı Qafqaz cəbhəsi açıla bilər: “Moskva Azərbaycanla hesablaşmalıdır”   

Xəbər verdiyimiz kimi, dünən Düşənbə şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

Görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Bakıvaxtı.az-a açıqlmasında bildirib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında üzərinə götürdüyü məsuliyyətli məsələləri yerinə yetirməyə məcburdur.

“Rusiyanın Ukraynanı işğal etməsi nəticəsində dünya ona qarşı bir platformada birləşib. ABŞ öz mütəfiqlərini və beynəlxalq birliyi anti-Rusiya koalisiyasına yığa bilib. ABŞ prezidenti Co Bayden Ukraynaya sürətləndirilmiş yardım proqramının həyata keçirilməsinə imkan verəcək “Ukraynada lend-liz və demokratiyanın müdafiəsi – 2022” haqqında qanunu təsdiqləyib.

Beləliklə, Rusiyaya qarşı atılan addımlara baxanda görürük ki, onun əlində ancaq bir platforma qalıb. Rusiya beynəlxalq səviyyədə iki platformada mövcuddur. Onlardan biri Ukraynadır ki, orada müharibə vəziyyəti davam edir. Digəri  Qarabağdır ki, orada əməkdaşlıq və sülh üçün fəaliyyət göstərə biləcək mövqedədir. Lavrovun  Bayramovla Mirzoyanın görüşünü təşkil etməsi və ictimaiyyətdə görüşdə çox ciddi şəkildə qərarların verilməməsi kimi düşüncələrin formalaşması elə Rusiyanın özünə ciddi zərbə vurur. Biz üçtərəfli 10 noyabr bəyənatından keçən il yarım müddətində ciddi nəticələrin əldə olunmasının şahidi olmuruq. Hələ də bəynatın 4-cü bəndi yerinə yetirilmir, Laçın dəhlizi ilə bağlı yalnış davranışlara yol verirlər”, - deyə Ə.Əlibəyli bildirib.

O qeyd edib ki, Rusiya sülhyaradıcı missiyası ilə Ermənistana tezliklə təzyiq etməli və müvafiq  müqavilələr imzalanmalıdır: “Hazırda bir platformada hörmət edilən Rusiyanın bunun dəyərini bilmək məcburiyyətindədir. Rusiya Ermənsitanla Azərbaycan arasında sülhnə nail olmalıdır. Hər iki ölkədə də nüfuzunu saxlamalıdır. Əks halda Ukrayanada müşahidə olunan qlobal tendensiya Qafqazda da özünü göstərə bilər. Rusiya sülhyaradıcı missiyası ilə Ermənistana tezliklə təzyiq etməli və müvafiq  müqavilələr imzalanmalıdır”.

 Ramid İbrahimov   


SON XƏBƏRLƏR