• Bakı 14° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Putin onları Ukraynaya cəlb etdi - Hamısı öldürməyə hazırdır

GÜNDƏM

10 May 2022 | 17:40

Putin onları Ukraynaya cəlb etdi - Hamısı öldürməyə hazırdır

Ukraynaya qarşı başladığı müharibədə “uğursuz kəşfiyyat” səbəbiylə məyus olduğunu düşünən Rusiya prezidenti Vladimir Putin Qərb mətbuatında ard-arda çıxan xəbərlərdən sonra qəfil qərar verdi.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya lideri Ukraynadakı kəşfiyyat əməliyyatlarının məsuliyyətini Federal Təhlükəsizlik Xidmətindən (FSB) alıb Rusiya Kəşfiyyat İdarəsinə (QRU) verdiyi danışılır.

Fevralın 24-də Ukraynaya başlatdığı işğaldan sonra gözlədiyi qələbəyə nail ola bilməyən Rusiya prezidenti Putin uzun müddətdir FSB-ni hədəf seçib.

Müharibədəki “uğursuz kəşfiyyat” və “zəif strategiya' səbəbiylə məyus olduğunu düşünən Rusiya lideri, daha əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Besedanı ev dustağı etmişdi və onlarla komandiri işdən azad olduğu bildirilir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR