• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Aviabiletlərin qiymətində güzəştlər olmalıdır"

GÜNDƏM

08 Iyun 2022 | 09:53

"Aviabiletlərin qiymətində güzəştlər olmalıdır"

Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində reyslərə aviabiletlərin bahalaşması ictimai müzakirələrə səbəb olub. Qiymət artımından daha çox Naxçıvan sakinlərini narahatdır.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a Milli Məclisin Naxçıvan Muxtar Respublikasından-6 saylı Culfa-Babək seçki dairəsindən deputatı Ülviyyə Həmzəyeva açıqlama verib.

"Bu qərar hər kəs tərəfdən birmənalı qəbul olunmadı. Lakin gerçəklik odur ki, bahalaşma var və Naxçıvan-Bakı reysindən də yan keçmədi. İnflyasiya hər sahədə özünü biruzə verdi", -deyə Ü.Həmzəyeva bildirib.

Deputat hesab edir ki, sözügedən istiqamətlərdə Naxçıvan sakinlərinə aviabiletlərin qiymətində güzəştlər olmalıdır.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026