• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Həmyerlimizə ABŞ ordusunda yüksək vəzifə verildi

GÜNDƏM

07 Iyul 2022 | 23:43 | Müəllif: Subhan Mahmudov

Həmyerlimizə ABŞ ordusunda yüksək vəzifə verildi

Amerika Hərbi Dəniz Qüvvələrinin zabiti Nəimi Amiral Amerikanın 5-ci Donanmasında xarici əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Bakıvaxtı.az xəbər veri ki, bu bu barədə onun dostu, diaspora üzrə araşdırmaçı ekspert Elnur Eltürk məlumat yayıb.

Nəimi Amiral bundan əvvəl Pentaqonda, Dəniz Qüvvələri mərkəzi aparatında Rusiya və Avropa şöbəsinə rəhbərlik edirdi. Bu günlərdə komandanlıq tərəfindən Nəimi Amiral bu vəzifəyə təyin olunub. Amerikanın 5-ci Donanması Bəhreyndə yerləşir. 5-ci Donanma Fars Körfəzi, Hind Okeanı və 22 Yaxın Şərq ölkəsini əhatə edən böyük bir coğrafiyanın təhlükəsizliyini təmin edir.

Qeyd edək ki, Nəimi Amiral 20 ilə yaxındır Amerika Hərbi Dəniz Qüvvələrində xidmət edir və polkovnik rütbəsi daşıyır. Azərbaycanın tanınmış mədəniyyət və insəsənət xadimləri ilə dostluq münasibətləri var. Oğlu Kamal Amiral şahmatla peşəkar səviyyədə məşğul olur və Azərbaycan dilində səlis danışır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026