• Bakı 18° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8055

    RUB - 0.018

Binalardakı təhlükə: "Qaz kabusu"ndan necə qorunmalı? - AÇIQLAMA

Gündəm

04 Avqust 2022 | 15:13

Binalardakı təhlükə: Qaz kabusundan necə qorunmalı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi nəticəsində iki nəfər xəsarət alıb. Hazırda onların vəziyyətləri ağır stabil olaraq qiymətləndirilir. Hadisənin qaz sızması nəticəsində baş verdiyi bildirilir. 

Son zamanlar "Azəriqaz"dan şikayətlərin sayı artıb. Qaz sayğacından tutmuş istehlakçılara qaz əvəzinə havanın satılmasına qədər iddialar var. Dəm qazından zəhərlənənlərin sayının artması müşahidə olunur. Qazdan partlayışların da sayı artdığının şahidi oluruq. Bu məsələdə vətəndaşlar "Azəriqaz"ı ittiham edirlər.

"Harda qaz varsa, orada təhlükə var. Qaz təchizatı ilə bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməlidir".

Bunu Bakıvaxtı.az-a təhlükəszilik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib.

O qeyd edib ki, kustar üsullardan istifadə və qaz xəttinə kənar müdaxilələr bədbəxt hadisə riskini artırır: "Qaz sızmasını və dəm qazını aşkar edən cihazlarından istifadə etməklə bədbəxt hadisənin qarşısını almaq mümkün ola bilər. 

Qazın keyfiyyəti və təhlükəsizlik məsələsilə bağlı əldə fakt yoxdursa, müvafiq qurumu ittiham etmək olmaz. Bu kimi məsələlərdə həm "Azəriqaz" İB-nin, həm də abonentlərin müəyyən öhdəlikləri var ki tərəflər buna əməl etməlidir. Kommunal xidmətlərlə bağlı konsepsiya hazırlanmalıdır. Bu sənəddə təhlükə riskini nəzarə alaraq "Azəriqaz" mütəmadi olaraq monitorinqlər aparmalıdır, obyektlərdəki qaz cihazlarının vəziyyətinin standartlara cavab verib-verməməsi yoxlanılmalıdır. Bu işlər sertifikasiyası olan, peşəkar şəxslər tərəfindən aparılmalıdır". 

İbRa 


SON XƏBƏRLƏR

17 Aprel 2024