"VƏLİOĞLU-2018" Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnir.
Bakıvaxtı.az xəbər verir ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.
Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
“VƏLİOGLU-2018” Məhdud Məhsuliyyətli Cəmiyyəti 2018-ci ildən təsis edilərək, Azərbaycan Respublikası ərazisində qeyri-qida məhsullarının topdansatış ticarət mərkəzi kimi öz fəaliyyətinə başlayıb.
İbRa
















