• Bakı 19° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

İcra hakimiyyəti Məşədi İbrahimin evini təmir edəcək 

Gündəm

28 Sentyabr 2022 | 19:54

İcra hakimiyyəti Məşədi İbrahimin evini təmir edəcək 

Qazax Müəllimlər Seminariyasının binası təmir olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, Qazax Rayonu İcra Hakimiyyəti bu rayonunun Kosalar kəndində yerləşən Məşədi İbrahim ağanın evinin təmir olunması ilə bağlı tender keçirib.

Tenderin qalibi olan “Göygöl Tikinti”  MMC-yə 341 min 675 manat ödənəcək.

Qeyd edək ki, Qazax rayon Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlu 17 otaqlı mülkünü Qazax Müəllimlər Seminariyasına bağışlayıb. Seminariyanı quran və onun ilk direktoru olan maarifçi, pedaqoq Firudin bəy Köçərlidir.

Tenderdə Qazax şəhərinin H.Əliyev prospekti 74,81,89, M.P.Vaqif küçəsi 5, Şəhidlər Xiyabanı 15,29 və Azadlıq küçəsi 117 ünvanlarında yerləşən binalarda abadlıq işlərinin aparılması nəzərdə tutulub.

Ramid İbrahimov


SON XƏBƏRLƏR