Dövlətə külli miqdarda borcu olan “CON-SOL GROUP” MMC yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməklə gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Yol Polisi şirkətə barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi əsasında inzibati protokol tərtib edərək işi Suraxanı Rayon Məhkəməsinə göndərib.
Həmin maddədə qeyd olunub ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Vergi borcu barədə məlumat bazasına görə, “CON-SOL GROUP” MMC-nin 1 153 min 234 manat vergi borcu var.
10 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Tural İsmayılovdur.
Ramid İbrahimov












jpg-1669191789.webp)



