• Bakı 17° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Bu xidmətlər elektronlaşdırılır – 1 milyonluq tenderin ŞƏRTLƏRİ 

Gündəm

23 Noyabr 2022 | 15:48

Bu xidmətlər elektronlaşdırılır – 1 milyonluq tenderin ŞƏRTLƏRİ 

Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyi elan etdiyi tenderə yekun vurub.

Bakıvaxtı.az xəbər verir ki, agentliyin “SAP sistemində müqavilələrin icrasına dair məlumatların mübadiləsinin İSO 20022 standartlarına uyğun olaraq MX formatında aparılması, Mərkəzi Bankın Hökümət Ödəniş Portalı sistemi ilə inteqrasiyası və Xəzinədarlığın İnformasiya İdarəetmə Portalının verilənlər bazasının yenilənməsi üzrə işlərin və xidmətlər”in satın alınması ilə bağlı tenderdə qalib “İnfinitech” MMC-dir.

Qalibə 1 milyin 128 min manat ödənəcək.

Tenderin şərtlərinə görə, SİMA imza ilə daxil olma imkanının əlavə edilməsi, Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi ilə inteqrasiya, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən satınalma müqavilələrinin qeydiyyatı haqqında məlumatların elektron mübadiləsinin təmin olunması və MSEMS daxilində imzalanan müqavilələlərə avtomatik olaraq aid edilməsinin təmin olunması və digər xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

24 Aprel 2024