• Bakı 21° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Paşinyan Laçın yolu ilə bağlı hər yerə zəng edir

GÜNDƏM

16 Dekabr 2022 | 00:16 | Müəllif: Subhan Mahmudov

Paşinyan Laçın yolu ilə bağlı hər yerə zəng edir

Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Mülki müqavilə” fraksiyasının üzvləri ilə qapalı iclas keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, qapalı iclasda Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyası və Laçın yolunda hərəkətin məhdudlaşması məsələsi müzakirə edilib.

Müzakirədə Laçın yolunun nə zaman açılacağı haqda fikir bildirilməyib.

Paşinyan deputatlara deyib ki, o, müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq təşkilatlarla əlaqə saxlayır, lakin onların heç biri Laçın yolunun açılmasına zəmanət vermir. Rusiyanın vasitəçiliyinə gəlincə, Paşinyan da bu hissə ilə bağlı konkret heç nə deməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026