• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycandan beyin axını niyə dayanmır? - AÇIQLAMA

GÜNDƏM

10 Yanvar 2023 | 11:54

Azərbaycandan beyin axını niyə dayanmır? - AÇIQLAMA

“İnformasiya kommunikasiya texnologiyaları (İKT) ixtisası, eləcə də digər ixtisaslar üzrə dövlət hesabına xaricdə təhsil alanların ölkəyə qayıtması üçün şərtin qoyulması inzibati metoddur və kifayət qədər effektiv metod kimi qəbul edilmir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-alim Elşən Bağırzadə bildirib.

O qeyd edib ki, İKT, ümumilikdə bilik və yaradıcı sektora yanaşma dəyişməlidir: “Bu sahədə ekosistem kifayət qədər yaxşılaşdırılmalıdır. Təkcə yaşayış səviyyəsinin yaxşılaşdırmaq və əmək haqqı səviyyəsini artırmaq çıxış yolu deyil. Məsələn, xaricdə İKT üzrə təhsili almış şəxs gəlib Azərbaycanda dövlət qurumunda işləməyəcək. Odur ki onun əmək haqqısını bazar müəyyənləşdirəcək.

İKT təhsili almış şəxslər dünya vətəndaşı sayılır. Onlar harda yaxşı şərait varsa, ora gedirlər. Azərbaycan nəinki xaricdə kadr hazırlığına önəm verməlidir, hətta xaricdə hazırlanmış kadrların ölkəmizdə fəaliyyət göstərməsində maraqlı olmalıdır.

İKT, ümumilikdə bilik sektorunun qarşısında olan bütün maneələr aradan qaldırılmalıdır. Burada əmək məsələsindən çox infrastruktur, azadlıqlar, miqrasiya, müəlliflik hüququ, vergi güzəştləri və təşviqlər kimi məsələlər var. Məsələn, bəzi ölkələr İKT mütəxəssisləri üçün viza rejimini ləğv edib”.

Ekspert bildirib ki, Rusiya-Ulrayna müharibəsindən sonra bu ölkələrdə fəaliyyət göstərən İKT mütəxəssisləri müxtəlif ölkələrə axın ediblər: “Bəs, onlar Azərbaycanı seçibmi? Onların çoxu Azərbaycanı seçsəydi, xəbərimiz olardı. Ölkəmizi xarici və yerli mütəxəssislər üçün cəlbedici etməliyik”.

Ramid İbrahimov   


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026