• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Gömrük Komitəsi SOCAR-ın müəssisəsini CƏRİMƏLƏDİ

GÜNDƏM

06 Fevral 2023 | 17:48

Gömrük Komitəsi SOCAR-ın müəssisəsini CƏRİMƏLƏDİ

Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmamasına görə “SOCAR-FUGRO” MMC cərimələnib. 

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi “SOCAR-FUGRO” MMC barədə İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi əsasında protokol tərtib edərək işi Xəzər Rayon Məhkəməsinə göndərib.

Bu maddədə qeyd edilir ki, on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə, fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.

İş hakim Hüseyn Hüseynlinin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, ''SOCAR-Fugro'' MMC 2013-cü ildə yaradılıb (SOCAR - 51%, "Fugro N.V." (Hollandiya) - 49%). Şirkət dənizdə mühəndis-geoloji tədqiqat, geokimyəvi və stratiqrafik axtarış, naviqasiya və mövqeləndirmə təminatı işlərinin yerinə yetirilməsi, laboratoriya tədqiqatları, analiz və hidrotexniki qurğulara nəzarət, geofiziki tədqiqatların nəticələrinin emalı və interpretasiyası ilə məşğuldur.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026