• Bakı 10° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

"Azərbaycan antiterror əməliyyatının başlanacağı tarixi və saatı..." - AÇIQLAMA

Gündəm

06 Mart 2023 | 12:07

Azərbaycan antiterror əməliyyatının başlanacağı tarixi və saatı... - AÇIQLAMA

“Son hadisələr göstərir ki, Ermənistanın Azərbaycan qarşı təcavüz və terror siyasəti bu gün də davam edir. Azərbaycan ərazilərindən  Azərbaycan ordusunun hərbi qulluqçusuna atəşin açılması bizim üçün qəbul edilən deyil”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisinin şəhid olmasına səbəb olan hadisəyə münasibət bildirərkən deyib.

“Azərbaycan tərəfi Azərbaycan-Ermənistan arasında sərhəd-keçid və ya nəzarət buraxılış məntəqələrini inşa etməli, qanunsuz erməni silahlılarının Qarabağdan çıxarılması üçün ərazimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə konkret və qısa müddət verməlidir. Əks halda Azərbaycan tərəfi Qarabağ iqtisadi rayonunun erməni silahlılarından təmizlənməsi üçün əməliyyatın başlanacağı tarixi və saatı rəsmən bəyan etməlidir”, - deyə hərbi ekspert Ədalət Verdiyev bildirib. 

İbRa 


SON XƏBƏRLƏR