• Bakı 17° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“Azpetrol" məhkəməyə verildi - SƏBƏB 

GÜNDƏM

27 Mart 2023 | 14:45

“Azpetrol" məhkəməyə verildi - SƏBƏB

Neft məhsullarının pərakəndə və topdan satışını həyata keçirən “Azpetrol LTD” MMC məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, iddia mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – maddi ziyanın ödənilməsi üzrə qaldırılıb.

İddiaçılar “Altis Group of Company” MMC və Məmmədov Nurəddin Xanbaba oğludur.

İş Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın icraatındadır.

Qeyd edək ki, "Azpetrol LTD" (VÖEN: 1700166231) 04.10.2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 779 106.70 manatdır. Qanuni təmsilçisi Ceyhun Məmmədov Əhməd oğludur.

“Altis Qrup of Kompani” MMC 11 aprel 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 307 143 AZN olan şirkətin qanuni təmsilçisi Nəcəfov Toğrul Cahid oğludur. Onun barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. “Altis Qrup of Kompani” MMC şüşə emalı ilə məşğuldur. 

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026