• Bakı 21° C

    10.73 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Dövlət qurumundan  2 milyon manatlıq artıq ödəmə

GÜNDƏM

12 Aprel 2023 | 16:17

Dövlət qurumundan  2 milyon manatlıq artıq ödəmə

Hesablama Palatası “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsində dövlət vəsaitlərinin və əmlakının idarə olunması üzrə pozuntular aşkarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Palatanın idarədə apardığı auditin nəticələrində bildirilib.

Məlumata görə, audit yoxlaması 01.01.2020-ci il tarixindən 01.01.2022-ci il tarixinədək olan dövrü əhatə edib.

İdarəyə dövlət büdcəsindən ayrılmış vəsaitlərin həcmi ümumilikdə 70859,8 min manat, o cümlədən 2020-ci il üzrə 36696,6 min manat, 2021-ci il üzrə 34163,2 min manat təşkil etməklə, 95,0%-ə yaxın hissəsi maşın, mexanizm, avadanlıq, qurğu, texnika və digər maddi qiymətlilərin alınmasına yönəldilib.

Dövlət satınalmaları çərçivəsində bağlanmış müqavilələrin şərtlərinə uyğun olmayan, o cümlədən mənşə ölkəsi, markası və texniki parametrləri fərqli (daha ucuz) olan, dəst halında nəzərdə tutulsa da, komplektləşdirilməsi natamam olan, quraşdırma işləri faktiki olaraq yerinə yetirilmədiyi hallarda həmin işlərin qiymətlərin tərkibinə daxil edilən malların, eləcə də təkrarən sənədləşdirilmiş müvafiq təmir işlərinin alışının rəsmiləşdirilməsi nəticəsində 207,0 min manata yaxın məbləğdə vəsait artıq ödənilib.

Cəmiyyətin strukturunda ayrıca qurum (hüquqi şəxs) kimi fəaliyyət göstərən İdarə üzrə 14.12.2020-ci il tarixində 1,1 min manat məbləğində 1 ədəd "1C Hesabdar proqram təminatı"nın və 0,5 min manat məbləğində həmin proqram təminatına texniki dəstək xidmətlərinin alınmasına (dəyərinin ödənilməsinə) baxmayaraq, auditlə əhatə olunan dövrdə İdarə üzrə maliyyə (mühasibat) uçotunun avtomatlaşdırılması başa çatdırılmayıb, daxili nəzarət mühitinin şəffaflığını artıran maliyyə uçotunun elektronlaşdırılması üçün Cəmiyyət tərəfindən mərkəzləşdirilmiş təsirli daxili nəzarətin təşkili təmin edilməyib, konsolidə edilən maliyyə hesabatlarının müasir tələblərə cavab verməyən üsullarla tərtibinə üstünlük verilməklə təhrif olunma risklərinin qarşısı alınmayıb.

İbRa


SON XƏBƏRLƏR

10 May 2025