• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Azersun Holding”in mağazalar şəbəkəsi cərimələnir

Gündəm

27 Aprel 2023 | 09:37

“Azersun Holding”in mağazalar şəbəkəsi cərimələnir

“Azərsun Holdinq” MMC-yə daxil olan “Al Market” MMC cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, “Al Market” barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 518.1-ci maddəsi əsasında protokol tərtib olunaraq iş Gəncə Şəhər Məhkəməsinə göndərilib.

İXM-nin 518.1-ci maddəsi yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi ilə bağlıdır.

Belə ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

İnzibati xətalar haqqında iş hakim Kənan Hüseynovun sədrliyilə araşdırılacaq.

İbRa


SON XƏBƏRLƏR

26 Aprel 2024