• Bakı 17° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Mərkəzi Bankın bu qərarı özəl şirkətlərin gəlirlərini artıracaq - ŞƏRH

Gündəm

17 Aprel 2023 | 14:50

Mərkəzi Bankın bu qərarı özəl şirkətlərin gəlirlərini artıracaq - ŞƏRH

Azərbaycan Mərkəzi Bankı (AMB) notların investor bazasının genişləndirilməsi barədə qərar verib.

“Aparılmış təhlillər göstərir ki, monetar şəraiti və bank sisteminin likvidliyini effektiv tənzimləmək, banklararası pul bazarını daha da aktivləşdirmək, faiz dəhlizinin bu bazarda formalaşan qısamüddətli faizlərə təsirlərini gücləndirmək və manatın qısamüddətli gəlirlik əyrisinin qurulması məqsədilə Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərracların davam etdirilməsi məqsədəuyğundur”, -deyə qərarda bildirilib.

Qərara alınıb ki, banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə etsinlər. 

İqtisadçı-ekspert Cəfər İbrahimov Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanda notlara hüquqi şəxslərin ilk dəfə investisiya yatırması üçün imkan yaradır.  

“Bu maliyyə bazarı üçün yenilikdir. AM-nin sözügedən qərarı qiymətli kağız bazarının investor bazasının böyüməsinə təkan verəcək. Belə ki, şirkətlər cari hesablarında qalan vəsaitləri qısa müddətli AMB-nin qiymətli kağızlarına investisiya edə biləcəklər, ordan faiz qazana biləcəklər və bazarda bu kağızları istənilən vaxt sata biləcəklər.

Bu imkandan istifadə etmək üçün şirkətlər Azərbaycandakı investisiya şirkətlərinin biri ilə müqavilə bağlamalıdır. Müqavilə bağlandığı gün ərzində hüquqi şəxslərin hesabları aktivləşir və depozit mərkəzində hesab açılır. İstədikləri vaxt AMB-nin hərraclarında və ya təkrar bazar günlərində həftənin iş günlərində sata biləcəklər”, - deyə C.İbrahimov bildirib.

Ramid İbrahimov


SON XƏBƏRLƏR