• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Dünyaca məşhur şirkət 5 min iş yerini bağlayır

MULTİMEDİA

11 May 2025 | 08:59 | Müəllif: Subhan Mahmudov

Dünyaca məşhur şirkət 5 min iş yerini bağlayır

Yaponiyanın elektronika nəhəngi “Panasonik” şirkəti bir neçə ölkədəki əməkdaşlarının təxminən 5 faizini ixtisar etməyi planlaşdırır.

Bakıvaxtı.az Yaponiya mediasına istinadən xəbər verir ki, bu addım zərərli biznesə yönələn köklü dəyişikliyin bir hissəsidir. Erkən pensiya proqramı kimi tədbirlər vasitəsilə bu maliyyə ilində həm ölkə daxilində, həm də xaricdə 5 min iş yeri bağlanacaq. Bağlanan iş yerlərinin böyük hissəsi satış və idarəetmə bölmələrinə düşəcək. Şirkət televizor biznesini satmağı, habelə məişət texnikası, kondisionerlər və işıqlandırma sahəsində ixtisaslaşan bölməni yenidən təşkil etməyi düşünür.

“Panasonik” korporativ müştərilər üçün süni intellektə əsaslanan xidmətlərə daha çox resurs qoymağı hədəfləyir.

İcraçı direktor Kusumi Yuki bildirib ki, şirkəti sürətlə dəyişən biznes mühitinə qarşı "daha səmərəli və davamlı" reaksiya vermək istəyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026